"Şoyqu və Gerasimov istefaya göndərilir" - "FSB artıq Şoyqunu saxlayıb..."

25-06-2023, 08:13           
"Şoyqu və Gerasimov istefaya göndərilir" -
Belarus prezidenti Aleksandr Lukaşenkonun üsyançı “Vaqner” dəstəsinin rəhbəri Yevgeni Priqojinlə danışıqlarının təfərrüatı məlum olub.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Lukaşenkonun planına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov istefaya göndərilməlidirlər.
Lakin məlumat rəsmi olaraq hələ ki, təsdiq edilməyib.

Priqojinə məxsus olduğu deyilən teleqram kanalı isə iddia edir ki, Şoyqu artıq FSB tərəfindən saxlanılıb.

Açıqlamada deyilir: "Şoyqu və Gerasimov hərbi tribunal tərəfindən cəzalandırılacaq. Şərtlərim yerinə yetirilməyə başlandı, Şoyqu artıq FSB tərəfindən saxlanılıb. Gözləyək!!!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru