"Rusiyada baş verənlər ölkənin daxili işidir" - Paşinyan
25-06-2023, 08:25
Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyan ilə telefon danışığı olub. Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Paşinyan və Putin Rusiyadakı son hadisələri müzakirə ediblər. Ermənistanın baş naziri Rusiya prezidentinə bildirib ki, Rusiya Federasiyasında baş verənlər bu ölkənin daxili işidir.