Blinken Priqojin haqda “film davam edir” mesajı verdi

26-06-2023, 10:49           
Blinken Priqojin haqda “film davam edir” mesajı verdi
Bu, Vaşinqtonun Rusiya ilə bağlı qeyri-müəyyənlik yaratmaq üçün təbliğat xarakterli tezisi də ola bilər, lakin ABŞ kəşfiyyatının məlumatlılığı fonunda bunu “Putinin hakimiyyətinə qarşı qiyamların davam edəcəyi” mesajı olaraq da görmək olar. Bununla həm də Priqojinin tək olmadığına işarə edilir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı ABŞ Dövlət katibi Entoni Blinkenin Priqojin qiyamı ilə bağlı “Film davam edir və hələ son pərdəni görməmişik” sözlərini şərh edərkən deyib.

O bildirib ki, Ukrayna müharibəsi başlayandan sonra Rusiyada elita qarşıdurmasının kəskinləşdiyini gündəlik xəbər lentindən də görmək mümkün idi:

“Priqojinin qiyamı bu kəskinləşmənin partlaması olsa da, Putinin xaosu idarə etdiyi və narazıları təmizləmək üçün prosesi bu həddə çatdırdığı istisna edilməməlidir. Mümkündür ki, bundan sonra Kremlin diqqəti həm də daxili hesablaşmalara yönələcək. Və bu, rus sülhməramlıların olduğu Qarabağdakı proseslər baxımından Azərbaycan üçün sərfəlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.