Almaniya Ukraynanın NATO-ya üzvlüyünün təxirə salınmasının lehinə çıxış edəcək - KİV

9-07-2023, 15:32           
Almaniya Ukraynanın NATO-ya üzvlüyünün təxirə salınmasının lehinə çıxış edəcək - KİV
NATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı Almaniya, Rusiya ilə müharibəyə səbəb ola biləcəyi qorxusu ilə Ukraynanın NATO-ya üzvlük cəhdinin təxirə salınmasının tərəfdarı olacaq.

Qaynarinfo xəbər verur ki, bu barədə "The Telegraph" adı açıqlanmayan NATO mənbəsinə istinadən məlumat yayıb.

"Berlin dərhal üzvlük təklif etmək perspektivinə qarşıdır", deyə mənbə bildirib.

Onun sözlərinə görə, Almaniya hökuməti Rusiyanın kollektiv müdafiə ilə bağlı 5-ci maddəni "potensial olaraq sınaqdan keçirmək istəmir”.

"The Daily Telegraph” yazır ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı dövlətləri NATO-ya daxil olmadan Kiyevin müdafiəsinə kömək edəcəyinə ümid etdikləri bir sıra ikitərəfli təhlükəsizlik təklifləri hazırlayırlar.

Eyni zamanda, bir sıra Şərqi Avropa liderləri, o cümlədən Estoniyanın baş naziri Kaya Kallas hesab edir ki, Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya üzvlük üçün yol xəritəsi təklif edilməlidir.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenskinin qarşıdan gələn Vilnüs sammiti çərçivəsində keçiriləcək Ukrayna-NATO şurasının ilk iclasında iştirak edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, NATO Vilnüsdə keçiriləcək sammit zamanı Ukraynanı Alyansa daxil olmağa yaxınlaşdıracaq üç bənddən ibarət plan üzrə danışıqlar aparmalı olacaq. Bununla belə, o, ölkədə hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın NATO-ya üzvlüyünə dəvət ediləcəyini deməklə kifayətlənib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.