MEDVEDEV HANSI NÜVƏ OBYEKTLƏRİNİ VURA BİLƏCƏKLƏRİNİ AÇIQLADI - Zelenski cavab verdi

10-07-2023, 11:24           
MEDVEDEV HANSI NÜVƏ OBYEKTLƏRİNİ VURA BİLƏCƏKLƏRİNİ AÇIQLADI -
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, o zaman Rusiya sərt hərəkət etməli olacaq.

Bu barədə o, “Telegram”da yazıb.

“Rusiyanın Cənubi Ukrayna AES-ə, Rovno AES-ə və Xmelnitski AES-ə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır”, - Medvedev qeyd edib.

Həmçinin, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, burada utanmalı heç nə yoxdur.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın nüvə silahından istifadə ehtimalını şərh edib.

O, Putinin nüvə silahına əl atacağına inanmadığını deyib.

Dövlət başçısı əlavə edib ki, Ukrayna kəşfiyyatı Rusiyanın Zaporojye atom elektrik stansiyasını minalaya biləcəyini düşünür.

Qeyd edək ki, ötən ilin sentyabrında da Zelenski Rusiyanın nüvə silahından istifadə ehtimalına inanmadığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru