Endirilmiş bayraq yerinə qayıdıb? O yola kim nəzarət edir? - Cavabsız suallar və qaranlıq məqamlar...

10-07-2023, 17:51           
Endirilmiş bayraq yerinə qayıdıb?  O yola kim nəzarət edir? - Cavabsız suallar və qaranlıq məqamlar...
Rusiyanın Qarabağdakı sülhməramlılarının Laçın keçid-buraxılış məntəqəsindəki Azərbaycan bayrağını endirməsinə Xarici İşlər Nazirliyini adekvat reaksiya verməməsi bir sıra suallara səbəb olub.
Sosial şəbəkələrdə cəmiyyətin müxtəlif təbəqələri Azərbaycan Xarici İşlər Nazirliyindən Qarabağda baş verənlərə aydınlıq gətirməsini tələb edir.
Azərbaycan cəmiyyəti nədənsə, son olayları erməni mediasından öyrənir.
Hazırda bayrağımızın öz yerində dalğalanıb-dalğalanmaması barədə qəti fikir yoxdur.
Bundan başqa həmin yola kimin nəzarət etdiyi də açıqlanmır.
Bu arada isə ötən gecə atışmalar davam edib.
Bu müəmmalar Rusiya və Azərbaycan arasında Qarabağla bağlı yeni gərginliyin olmasına dəlalət edir.
Ancaq bu fakt varsa, cəmiyyət bixəbər olmamalıdır.

Gununsesi.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru