Ankara Kiyevə azovçuları hansı şərtlə qaytarıb? - Vasili Bodnar

10-07-2023, 18:46           
Ankara Kiyevə azovçuları hansı şərtlə qaytarıb? - Vasili Bodnar
“Azov” komandirlərinin Kiyevə qaytarılması ilə bağlı bildiyim qədəri ilə hansısa şərt irəli sürülməyib. Türkiyənin vasitəçi kimi mövqeyinin özəlliyi də məhz budur.

"Unikal" xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

“Ankaranın rolu vacibdir, çünki buna görə Türkiyənin qlobal oyunçu kimi mövqeyi yüksəlir. “Azov” hərbçilərin qaytarılması təkcə Ukrayna üçün yaxşı jest deyil, bu, ilk növbədə, Moskva ilə ünsiyyətdə Ankaranın mövqelərinin güclənməsidir. Ölkələr arasında müvafiq danışıqlar bir neçə aydır davam edir. Prezident Zelenskinin bütün diplomatik avanqardı bu işə qarışıb”, - səfir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru