NATO bütün ölkələri Rusiyaya yardımı dayandırmağa çağırıb

12-07-2023, 09:44           
NATO bütün ölkələri Rusiyaya yardımı dayandırmağa çağırıb
Bütün ölkələr Ukraynadakı müharibə ilə bağlı Rusiyaya hər hansı yardımı dayandırmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Vilnüs sammitinin yekunlarına dair dərc olunan yekun kommünikedə deyilir.

"Biz bütün ölkələri Rusiyaya yardım göstərməməyə çağırırıq və Rusiya tərəfində fəal iştirak edənlərin hamısını qınayırıq. Belarus, eləcə də İran Rusiyanın tərəfini tutmağı dayandırmalı və beynəlxalq hüquqa hörmət etməlidir”, - sənəddə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru