Zelenski NATO sammitinin yekun bəyanatını yenidən yazdırmağa çalışır – “The Guardian”

12-07-2023, 09:54           
Zelenski NATO sammitinin yekun bəyanatını yenidən yazdırmağa çalışır – “The Guardian”
Ukrayna Prezidenti Volodimir Zelenski, çox güman, NATO ölkələrini alyansın Vilnüs sammiti ilə bağlı yekun bəyanatı yenidən yazmağa inandıracaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Şimali Atlantika Alyansındakı mənbəyə istinadən məlumat yayıb.

“NATO mənbələri bildirirlər ki, Ukrayna lideri görüş başa çatana qədər, müttəfiqləri sammitin bəyannaməsini və ya kommünikesini yenidən yazmağa təşviq etmək üçün sərt diplomatiya ilə məşğuldur”, - deyə nəşrdə bildirilir.

Bundan əvvəl Zelenskinin NATO sammitində iştirak etmək üçün Vilnüsə gəldiyi bildirilirdi. Nəşrin məlumatına görə, Ukrayna lideri yerli vaxtla saat 16:00 radələrində Polşa dövlət təyyarəsi ilə Rzeşovdan Litvanın paytaxtına gəlib. Tezliklə o, kortejdə Vilnüs hava limanının VİP terminalından çıxıb və yolda jurnalistlərə əl yelləyib.

Bundan əvvəl Zelenski sosial şəbəkədəki səhifəsində Şimali Atlantika Alyansının çox güman ki, ölkəni NATO-ya dəvət etməyə hazır olmadığını yazıb. O, təkcə NATO-ya daxil olmaq üçün deyil, sadəcə dəvət üçün vaxt çərçivəsinin müəyyən edilməməsini “görünməmiş və absurd” adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.