Onlar NATO-nu təhdid edir - Bəyanat

12-07-2023, 11:54           
Onlar NATO-nu təhdid edir - Bəyanat
Terror təşkilatları NATO ölkələrinin əhalisini təhdid edir. Alyans terrorun bütün təzahürləri ilə mübarizə aparmağı öhdəsinə götürür.

Axar.az xəbər verir ki, bu barədə NATO-nun Vilnüs sammitinin bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, terror təşkilatları məqsədlərinə çatmaq qabiliyyətini və ölümcüllüyünü artırmaq üçün şəbəkələrini genişləndirib, imkanlarını gücləndirib və yeni texnologiyalara investisiya qoyublar. NATO ölkələri onların qarşısını almağa davam edəcək.

NATO ölkələri bütün forma və təzahürlərində terrorizmlə mübarizənin kollektiv müdafiə üçün çox vacib olduğunu vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru