Paşinyan orduya nə qədər pul xərcləyib - İLGİNC

12-07-2023, 09:37           
Paşinyan orduya nə qədər pul xərcləyib - İLGİNC
Ermənistan Silahlı qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan bu günlərə baş nazir Nikol Paşinyanı yeni ittihamlarla üz-üzə qoyub.

Erməni generalı ordunun hökumətdən pul istədiyini, lakin Paşinyan kabinetinin bundan imtina etdiyini deyib.

Tiran Xaçatryanın bəyanatına Ermənistan Baş nazirin aparatı sərt təpki göstərib.

“Xaçatryanın hökumətin ordunun ehtiyacları üçün pul ayırmaması barədə yalan bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Baş Qərargah rəisinin keçmiş müavini tərəfindən sırf siyasi motivlərlə bilərəkdən yalan məlumatlar yayılır. Ən azı qəribədir ki, bir sıra epizodlarda sonuncunun açıqlamaları da onun keçmiş rəisi, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın dedikləri ilə ziddiyyət təşkil edir”,-deyə bəyanatda bildirilir.

Ermənistan hökumətinin bildirdiyinə görə 2018-ci ildən 44 günlük müharibənin başlandığı 2020-ci ilə qədər hökumət silah və hərbi texnikanın alınmasına təxminən 608 milyard dram (1,5 milyard ABŞ dollarından çox) pul ayırıb.

Müqayisə üçün qeyd olunur ki, 2008-ci il yanvarın 1-dən 2018-ci ilin mayına qədər olan dövrdə, yəni 10 il 4 ay ərzində Ermənistanın əvvəlki hökumətləri eyni məqsədlər üçün 354 milyard dram (təxminən 916 milyon dollar) xərcləyib. Belə çıxır ki, iki il ərzində əvvəlki 10 ildəkindən demək olar ki, iki dəfə çox pul ayrılıb”, - deyə rəsmi cavabda qeyd olunur.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru