"Siz Avropada son 80 ildə ən pis müharibəyə təhrik edirsiniz" - Boris Conson
14-07-2023, 08:07

"Ukraynanın qələbəsi bütün dünyada azadlıq və demokratiya üçün həyati əhəmiyyətə malikdir..."
"Ukraynanın NATO-ya qəbulunun təxirə salınmasına heç vəhclə haqq qazandırmaq olmaz..."
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Ukraynanın Rusiya ilə münaqişəsində daha bir düşmənini açıqlayıb. Onun fikrincə, hal-hazırda belə düşmən onun müttəfiqlərinin "müharibədən yorulmasıdır".
Moderator.az xəbər verir ki, bu barədə o, CNN telekanalına verdiyi müsahibəsində bəyan edib.
Britaniyalı siyasətçi NATO-nun Vilnüsdə başa çatan sammitinin yekunları ilə əlaqədar ABŞ-a müraciət edərək "yorulmamağa" və Kiyevə onun Moskvaya qarşı mübarizəsində dəstək verməkdə davam etməyə çağırış edib, çünki Ukraynanın qələbəsi "bütün dünyada azadlıq və demokratiya üçün həyati əhəmiyyətə malikdir".
Conson həmçinin bəyan edib ki, Ukraynanın NATO üzvlüyünün təxirə salınmasına "heç vəchlə haqq qazandırmaq" olmaz.
"Sonuncu etiraz ondan ibarət olub ki, bu, Vladimir Putinə qarşı təxribat olacaq. Biz axı Ukrayna NATO-da olmayanda nələrin baş verdiyini görmüşük, siz Avropada son 80 ildə ən pis müharibəyə təhrik edirsiniz", - o, vurğulayıb.
Bundan öncə ABŞ prezidenti Co Bayden bəyan edib ki, Ukrayna NATO-ya daxil olmağa hazır deyil və cari müharibə Alyansın Kiyevi öz sıralarına daxil edilməsi məsələsinə baxmasından öncə başa çatmalıdır. Ukrayna prezidenti Vladimir Zelenski buna tənqidi münasibət bildirib.
"Ukraynanın nə dəvət edilməsi, nə də üzvlük üçün müddətlərin müəyyən edilməməsi misli görünməyən və cəfəng haldır. Bu zaman "şərtlər" barədə qeyri-müəyyən ifadələr əlavə edilib", - Zelenski "Twitter" səhifəsində yazıb.
Bununla yanaşı, o, dünən ABŞ da daxil olmaqla "Böyük yeddilik" ölkələri tərəfindən imzalanmış
Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri haqqında Bəyannaməni alqışlayıb.