"Ukraynada hərbi əməliyyatlar illərlə davam etməyəcək" - ABŞ Prezidenti
14-07-2023, 07:46
Ukraynada hərbi əməliyyatlar bir sıra səbəblərə görə illərlə davam etməyəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Helsinkidə finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında bildirib.
"Birincisi, Rusiyanın öz resursları və imkanları baxımından əbədi olaraq müharibə apara biləcəyini düşünmürəm. İkincisi, sonda prezident Putin qərar verəcək ki, bu müharibənin davam etdirilməsi Rusiyanın maraqlarına uyğun deyil", - Bayden deyib.
ABŞ Prezidenti, həmçinin ümid etdiyini bildirib ki, Ukrayna əks-hücum əməliyyatı zamanı əhəmiyyətli irəliləyiş əldə edə biləcək və bu, tərəfləri münaqişənin danışıqlar yolu ilə həllinə gətirib çıxara bilər.