Le Pen: Parisin Kiyevə raket tədarükü dünya müharibəsinə səbəb ola bilər

14-07-2023, 11:44           
Le Pen: Parisin Kiyevə raket tədarükü dünya müharibəsinə səbəb ola bilər
Söhbət uçuş məsafəsi 300 km-ə yaxın olan "SCALP" raketlərindən gedir.
Ukraynanın uzaqmənzilli "SCALP" raketləri ilə təchiz edilməsi qərarı Fransa Prezidenti Emmanuel Makron tərəfindən üçüncü dünya müharibəsinə səbəb ola biləcək məsuliyyətsiz addımdır.
"Le Monde" qəzeti yazır ki, bu fikri "Milli birlik" partiyasının lideri Marin Le Pen deyib.
O, hesab edir ki, "üçüncü ölkəyə" zərbə vurmaq üçün istifadə oluna biləcək silahların tədarükü üçüncü dünya müharibəsinə səbəb ola bilər.
Le Pen deyib: "Biz bilmirik ki, Fransa tərəfindən verilən silahlardan təsirlənəcək üçüncü ölkənin reaksiyası necə ola bilər".
Siyasətçi Makronun hərbi əməliyyatlara son qoyacaq sülh konfransının təşkilinə hansı səbəbdən diqqət yetirməməsi ilə də maraqlanıb.
Xatırladaq ki, Makron çərşənbə axşamı NATO-nun Vilnüs sammitində Kiyevə uzaqmənzilli raketlərin verilməsi barədə qərarını açıqlayıb. KİV-in məlumatına görə, söhbət uçuş məsafəsi 300 km-ə yaxın olan "SCALP" raketlərindən gedir.
Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov qeyd edib ki, Fransanın bu qərarı ciddi qınaq tələb edən bir hərəkətdir.
sputnik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.