Bayden Avropa səfəri zamanı transatlantik əlaqələrə "tam zəmanət" verib

14-07-2023, 10:08           
Bayden Avropa səfəri zamanı transatlantik əlaqələrə "tam zəmanət" verib
ABŞ Prezidenti Co Bayden Avropanın üç ölkəsinə etdiyi səfərini NATO-ya güclü dəstək bəyanatı ilə başa vurub və Avropanın ABŞ administrasiyasında dəyişikliyin Vaşinqtonun transatlantik müttəfiqləri ilə əlaqələrinə qeyri-müəyyənlik gətirəcəyinə dair qorxularını aradan qaldırmağa çalışıb.

“Mən sizə tamamilə zəmanət verirəm. Buna şübhə yoxdur,” o, cümə axşamı Helsinkidə Finlandiya prezidenti Sauli Niinisto ilə birgə mətbuat konfransında çıxışında deyib. “Biz NATO-ya bağlı qalacağıq.Biz transatlantik tərəfdaşıq,” o bildirib.

Bayden “bir partiyada bəzi ifrat elementlərinin olmasına baxmayaraq” ABŞ Konqresindəki hər iki partiyanın “böyük dəstəyini” vurğulayıb.

Belə görünür ki, o, NATO-nun məqsədini dəfələrlə sual edən və 2017-ci ildə alyansı köhnəlmiş adlandıran sələfi Donald Trampın dəstəklədiyi “Amerika Birinci” prinsipindən təsirlənən bəzi Republikaçıların təcridçi mövqeyinə istinad edib.

“Amerika xalqı İkinci Dünya Müharibəsi bitəndən və NATO qurulandan bəri bilir ki, bizim təhlükəsizliyimiz Avropa və transatlantik tərəfdaşın - bizim yekdilliyimizə əsaslanır,” o deyib.

Baydenin Rusiya Prezidenti Vladimir Putinə qarşı transatlantik birliklə bağlı zəmanətləri Finlandiya prezidentinin sarayında ən son çıxış edən Amerika liderinin tonundan fərqlənib.

Bundan düz beş il öncə bu həftə Tramp Putinlə görüşüb və öz kəşfiyyat idarələrinin qiymətləndirmələrinə irad tutaraq, Kremlin 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi məsələsində Putini dəstəkləyib.

Finlandiya, Ukraynaya sadiqlik

Bayden Vilnüsda iki günlük NATO sammitindən sonra Niinistonu əmin edib ki, alyansın yeni 31-ci üzvünə sadiqliyi “qaya kimi möhkəmdir.”

Finlandiya alyansa aprel ayınd daxil olub. Finlandiya ilə birlikdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq NATO-ya qoşulmaq üçün müraciət edən İsveçin təklifi isə bu həftə Türkiyənin bir neçə danışıqlardan sonra etirazını aradan qaldırmasından sonra təsdiqlənib.

Bayden deyib ki, NATO üzvləri Rusiyanın işğalını dəf etmək və ittifaqa üzvlük yolunda irəliləməsi üçün Ukraynanı yekdilliklə dəstəkləməkdə qərarlıdırlar.

“Biz Ukraynanın uzun-müddətli təhlükəsizliyini təmin etmək üçün [Ukraynanın] NATO-ya üzvlüyünün yekunlaşmasını gözləmirik,” o deyib.

Putin ‘artıq uduzub’

Bayden həmçinin Rusiya Prezidenti Vladimir Putinin münaqişədə qalib gəlmək şansı ilə bağlı kəskin dəyərləndirmə verib və deyib ki, Rusiya prezidenti “artıq müharibəni uduzub.”

“Putinin həqiqi problemi var. O burdan sonra necə irəliləyə bilər? Nə edə bilər?” Bayden deyib və qeyd edib ki, Moskvanın qalib gəlmək üçün resursları yoxdur və nəticədə münaqişəni davam etdirmək üçün heç bir iqtisadi və ya siyasi əsasın olmadığına qərar verəcək.

“Mən bunun necə olacağını dəqiq proznozlaşdıra bilmərəm,” Bayden deyib. “Mənim ümidim və gözlənrim odur ki, siz Ukraynanın əks-hücumunda əhəmiyyətli irəliləyiş əldə etdiyini və nə zamansa danışıqlar yolu ilə həll yoluna gətirib çıxardığını görəcəksiniz.”
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.