Rusiyadan gözlənilməz qərar: Ölkədəki qüvvələrini çıxarır

15-07-2023, 08:34           
Rusiyadan gözlənilməz qərar: Ölkədəki qüvvələrini çıxarır
“Rusiya bir neçə ay əvvəl öz hərbi hissələrini Belarusdan çıxarmağa başlayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko deyib.

Onun sözlərinə görə, rotasiya çərçivəsində Belarusda təlim və hazırlıq keçmiş Rusiya hərbi qulluqçularının demək olar hamısı çıxarılıb.

“Belarus ərazisində olan və Belarus poliqonlarında təlimlərə cəlb edilmiş rus hərbçilərinin sayı son vaxtlar azalır. Bu yaxınlara qədər bu rəqəmi 2000 hərbçi səviyyəsində müəyyən etmişdik, amma hazırda demək olar ki, bütün Rusiya hərbi qulluqçuları Belarus ərazisindən çıxarılıb”, – Demçenko bildirib.

DSX-nın sözçüsü vurğulayıb ki, müəyyən müddətdən sonra nizami bölmələrin Belarusa qaytarılacağını istisna etmək olmaz, amma hazırda belə hallar qeydə alınmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru