Generallar Putinə qarşı birləşir?

15-07-2023, 11:34           
Generallar Putinə qarşı birləşir?
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına əsasən, Rusiya ordusunun generalları arasında qarşıdurma pik həddə çatıb.

Bildirilib ki, Rusiya Quru Qoşunlarının 58-ci ümumqoşun ordusunun komandanı, general-mayor İvan Popovun istefaya göndərilməsindən sonra oradakı vəziyyət daha da pisləşib:

“Görünür, onun Müdafiə Nazirliyi barədəsində dürüst tənqidləri hərbi rəhbərliyi narahat edirdi. Ona görə də İqor Popov işdən çıxarıldı. O, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu Rusiya ordusuna arxadan hücum etməkdə və satqınlıqda günahlandırırdı”.

Qeyd edək ki, 24 iyunda Rusiyada “Vaqner” özəl hərbi şirkətinin həyata keçirdiyi silahlı qiyamdan sonra rus ordusunun 15-ə yaxın zabitinin işdən çıxarıldığını, 13 zabitin isə dindirilmək üçün saxlanıldığını iddia olunur. ABŞ kəşfiyyatı isə hazırda Rusiya generalları arasında sərt qarşıdurmanın yaşandığı iddia olunur.

Maraqlıdır, Rusiyada nə baş verir? Generallar hərbi çevrilişə hazırlaşır?

Siyasi elmlər doktoru, politoloq Cümşüd Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya Ukraynada uğursuzluğa uğrayıb:

“Həqiqətən də belə olduğu son zamanlar görünür. Ona görə də Rusiya generalları arasında Prezident Vladimir Putinə qarşı bir üsyan briqadası yaranıb. Hətta buna general-polkovniklərin bir neçəsi rəhbərlik edir. Görünən odur ki, Rusiyada hərbi çevriliş gözlənilir. Düşünürəm ki, Rusiyanın bundan heç cür xilas ola bilməyəcək. Nəzərə almaq lazımdır ki, Putin xəstədir və psixoloji problemləri var. Generallar və Putinin ətrafı da bunu çox gözəl bilir.

Çalışırlar ki, Putini hərbi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırsınlar. Əgər Putin bir az da hakimiyyətdə qalsa, Rusiya tamamilə parçalanacaq. Hətta ondan sonra heç kim ölkəni birləşdirə bilməyəcək. Buna görə də generalların üsyanı başadüşüləndir. Bu, artıq Rusiyanın siyasi cəhətdən tənəzzülə uğramasıdır”.

Politoloq hesab edir ki, “Vaqner” üsyanının arxasında da generallar dayanıb:

“Yevgeni Priqojinin hərbi bilikləri yox idi. generallar idarə edirdi. O, heç ordunu belə doğru-düzgün tanımırdı. Priqojinə də, onun adamlarına da generallar rəhbərlik edirdi. Görünən odur ki, generallar “Vaqner” qiyamı ilə də Putinin sonun başlanğıcını qoydular. Ümumiyyətlə, Rusiyada çevriliş olacaq. Əgər Vladimir Putin ilin axırına qədər hakimiyyətdə qalsa, Rusiya SSRİ-nin taleyi ilə üzləşəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.