İsrail: Səfirliyimizə hücum planının arxasında Tehran dayanır

15-07-2023, 11:14           
İsrail: Səfirliyimizə hücum planının arxasında Tehran dayanır
“İsrailin Azərbaycandakı səfirliyinə hücumun arxasında Tehran dayanır”.
“Presklub” “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen
Serbiyada rəsmi səfəri zamanı bildirib.
O qeyd edib ki, İran terrorizmi qlobal təhlükədir: “Bunu biz son bir neçə gündə Bakıda İsrailin
Azərbaycandakı səfirliyinə hücum cəhdində, son aylarda Kipr və Yunanıstanda israillilərə və
yəhudilərə hücum cəhdlərində gördük”.
Eli Koen əlavə edib ki, İran hücuma cəhd edən terror təşkilatını maliyyələşdirib və ona göstərişlər
verib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində terror aktı törətməyi
planlaşdıran xarici ölkə vətəndaşı saxlanıldığına dair məlumat yayıb. Məlumata görə, Əfqanıstan
İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan)
digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi
pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar
tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu
kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər
yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi
ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib. Məlum olub ki, adıçəkilən
əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan
Respublikasına gəlib, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki
Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq
məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək
şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə
edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək
sövdələşib.
Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu
silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin
törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.