Netanyahu problemdədir: O,vəzifəsində çıxarıla bilər

15-07-2023, 11:44           
Netanyahu problemdədir:
Baş nazir Netanyahunun İsraildə həyata keçirmək istədiyi “məhkəmə islahatı” onun öz korrupsiya işi ilə üst-üstə düşdü. O, Netanyahuya qarşı korrupsiya işi çərçivəsində məhkəmə ilə “maraqların toqquşması” müqaviləsi imzalayıb. Bu məqamda Netanyahunun məhkəmə islahatları ilə bağlı razılaşmanı pozduğu bildirilir. Bu səbəbdən onun işdən çıxarılması ilə bağlı verilən vəsatət də məhkəmə tərəfindən araşdırılıb.

Baş nazir Netanyahu, İsraildə aylardır reaksiyalara səbəb olan və hökumətin qüvvəyə mindirmək istədiyi məhkəmə islahatı və korrupsiya iddiası ilə küncə sıxışdırılıb. Netanyahunun razılaşmanı pozması və vəzifəsindən uzaqlaşdırılması tələbi ilə verilən ərizəyə məhkəmə tərəfindən baxılıb.

Bəs Netanyahu nəyi pozdu? Baş nazir Netanyahunun 2020-ci ildə ali məhkəmənin rəhbəri ilə imzaladığı maraqların toqquşması müqaviləsi ona qarşı davam edən korrupsiya işlərinə təsir edə biləcəyi səbəbiylə qanunvericilik işlərinə qarışmamaq öhdəliyini ehtiva edir. Bu nöqtədə hökumətin mübahisəli məhkəmə nizamnaməsinə qarşı çıxan keçmiş Baş Qərargah rəisi Dan Halutz da daxil olmaqla “Demokratik Sipər” adlı bir qrup fəalın təqdim etdiyi petisiyada Netanyahunun “maraqlar toqquşması müqaviləsini” pozduğu iddia edilir. Məhkəməyə təqdim edilən ərizədə həmçinin baş nazir Netanyahunun bu pozuntuya görə vəzifəsindən uzaqlaşdırılması tələb olunur.

Məhkəmə vəsatətin yaxın vaxtlarda məhkəmə kollegiyası tərəfindən araşdırılmasına qərar verib. Nümayəndə heyətinin nə vaxt görüşəcəyi açıqlanmayıb.
cnn türk












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru