İsveçdəki İsrail səfirliyi qarşısında müqəddəs kitablar yandırılacaq

15-07-2023, 08:29           
İsveçdəki İsrail səfirliyi qarşısında müqəddəs kitablar yandırılacaq
Stokholm polisi iyulun 15-də İsrail səfirliyi yaxınlığında müqəddəs kitabların - Tövrat və İncilin yandırılacağı ilə bağlı aksiyanın keçirilməsinə icazə verib.

İsrailin İsveçdəki səfiri Ziv Nevo Kulman etirazçının bu niyyətini pisləyib, Stokholmu nifrət aktlarının qarşısını almağa çağırıb və hadisələrin İsrail mediası tərəfindən diqqətlə izləndiyini bildirib.

Bu arada, polis vurğulayıb ki, ictimai aksiya keçirmək istəyən insanlar polisdən icazə almalıdırlar, lakin polis müqəddəs kitabların yandırılmasına icazə vermir.
KİV-in məlumatına görə, aksiya üçün 30 yaşlı kişi müraciət edib. O, bunu “söz azadlığı üçün simvolik toplantı” adlandırıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru