"Bu satqına baxın, erməniləri ələ salır" - Paşinyanın gülüşü başına bəla oldu - FOTO

16-07-2023, 18:41           
"Bu satqına baxın, erməniləri ələ salır" -
“Bu satqının sevincinə baxın. AB Şurası rəhbəri Şarl Mişelə Arayik Arutyunyanın məktubunu verir. Üzünə diqqət yetirin – həzz alır”.

Sfera.az xəbər verir ki, bu barədə erməni politoloq Qrant Melik-Şahnazaryan facebook səhifəsində paylaşım edib.

O, səhifəsində Nikol Paşinyanla Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında ötən gün baş tutan görüşdən foto dərc edib və yazıb:

“Xankəndidə mitinqlərə çıxan soydaşlarımızın, bacı-qardaşlarımızın, onların övladlarının üzünü yadınıza salın və bu satqının sevincinə baxın…Görünür, onlar məktubu təhvil verərkən Arayik Arutyunyanı, eləcə də aclıqdan əziyyət çəkən soydaşlarımızı ələ salıblar” – deyə Şahnazaryan bildirib.

Xatırladaq ki, ötən gün AB Şurası rəhbəri Şarl Mişellə görüşən Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı erməni separatçı-terrorçularının rəhbəri Araik Arutyunyanın məktubunu ona təqdim edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru