Separatçı ilə sülhməramlının dialoqu qəzəb doğurdu - VİDEO

17-07-2023, 09:44           
Separatçı ilə sülhməramlının dialoqu qəzəb doğurdu - VİDEO
Xankəndidə erməni separatçıların keçirdiyi aksiya çərçivəsində Xocalıdakı rus sülhməramlı kontingentinin müvəqqəti qərargahına yürüş etməsinin ardınca yayılan görüntü sosial şəbəkələrin Azərbaycan seqmentində qəzəblə qarşılanıb.

Sfera.az xəbər verir ki, separatçılardan biri Azərbaycan və azərbaycanlıları təhqir edir, Rusiya sülhməramlısı isə özünü ərazinin “sahibi” kimi aparır və Azərbaycan torpağında yerləşdirildiyinin fərqinə varmır.

Separatçı Qarabağdakı ermənilərin hər birinin evində avtomat olduğunu, onların Azərbaycan Ordusuna qarşı döyüşə biləcəklərini, azyaşlı övladının əlinə belə silah verə biləcəyini də qeyd edir. Guya onlar ona görə döyüşmürlər ki, rus sülhməramlıların “öz vəzifələrini yerinə yetirməsini” gözləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru