Erməni politoloqdan SENSASİON AÇIQLAMA: - "Qarabağdakı proseslərin əsas məqsədi budur"

17-07-2023, 17:36           
Erməni politoloqdan SENSASİON AÇIQLAMA: -
"Qarabağda davam edən proseslərin əsas məqsədi oradakı erməni əhalisinin bölgədən könüllü təxliyə olunmasıdır".

TEREF.AZ musavat.com-a istinadən xəbər verir ki, bu barədə yerli politoloq Beniamin Matevosyan öz Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, bununla birlikdə paralel gəlişmələr də yaşanır:

1. Rusiya Xarici İşlər Nazirliyinin gecikmiş bəyanatı onu deməyə əsas verir ki, Moskva öz kontingentinin Qarabağdan çıxarılmasını istəmir, halbuki hazırda bu məqsədə çatmağa imkan verəcək vasitələr yoxdur.

2. Azərbaycan Xarici İşlər Nazirliyinin Sergey Lavrovun bəyanatına cavabı, bir tərəfdən, Qarabağın gələcəyi məsələsində Bakı və İrəvanın tam birliyini nümayiş etdirirsə, digər tərəfdən, bu, Moskvanın prosesə hansısa yolla təsir göstərməyə çalışacağından açıq qorxunu ifadə edir.

3. Ermənistanın siyasi cəmiyyəti nə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına, nə də Brüssel görüşünün nəticələrinə reaksiya göstərdi. Siyasi parazitizm çiçəklənməkdə davam edir.

4. İyulun 15-də Xankəndidə keçirilən axşam mitinqi göstərdi ki, yerli separatçılar hələ də Moskvanın açıq mesajına raksiya göstərmək, həmçinin Paşinyanın Bakının Qarabağ üzərində tam suverenliyinin tanınması ilə bağlı hərəkətlərinə siyasi qiymət vermək niyyətində deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru