Rusiya dünyanı taxılla sınağa çəkir: Çörək bahalaşacaq - FOTO

18-07-2023, 10:43           
Rusiya dünyanı taxılla sınağa çəkir: Çörək bahalaşacaq - FOTO
“Rusiyanın “Taxıl sazişi”ni ləğv etməsindən sonra birjalarda taxılın qiymətinin 3% qalxması dünya səviyyəsində taxılın qiymətinə təsir etsə də, Azərbaycanda bu ehtimal yüksək görünmür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib.

O, Rusiyanın “Taxıl sazişi”ni ləğv etməsindən sonra dünya birjalarında yaranan artımdan (3%), habelə bunun ölkəmizə təsir mexanizmlərindən söz açıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə rusiyalı həmkarı ilə danışıqlar aparacağını qeyd etsə də, Rusiya tərəfi artıq sazişin uzadılmayacağını bəyan edib.
R.Quliyev isə söyləyib ki, hazırda Azərbaycanda ən azı 1 illik taxıl ehtiyatı var. Onun sözlərinə görə, Azərbaycan hökuməti bununla bağlı öz işini çox ehtiyatlı tutub.

Deputat diqqətə çatdırıb ki, Ukrayna müharibəsinin davam etməsinə baxmayaraq, ölkənin qida ilə əlaqədar ehtiyat fondu tam doludur:

“Ehtiyat fondumuzda isə kifayət qədər qida məhsulu mövcuddur. Eləcə də hansı ölkədən Azərbaycana taxıl gətirmək mümkündürsə, onların hamısı ilə artıq sazişlər bağlanıb, iş də gedir. Ona görə də heç bir təşviş və panika yaratmağa ehtiyac yoxdur. Bəlkə burada bir neçə işbazlar oyun oynaya bilərlər ki, bu da onların işidir. Lakin qanun-qayda və nəzarət var deyə, problem olacağını gözləmirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.