"Kiyev rejiminin Krım körpüsünə hücumu cavabsız qalmayacaq".
Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Təbii ki, Rusiyanın cavabı bundan sonra olacaq. Müdafiə Nazirliyi müvafiq təkliflər üzərində işləyir", - o, Krım körpüsü ətrafındakı vəziyyətə dair hökumətin iclasında deyib.
Xatırladaq ki, ötən gün Ukrayna ordusu iki PUA ilə Krım (Kerç) körpüsünü vurub.