Reinteqrasiyaya qarşı qurulan barrikadaların arxasında separatçılarla birlikdə Rusiya sülhməramlıları da dayanır

19-07-2023, 12:24           
Reinteqrasiyaya qarşı qurulan barrikadaların arxasında separatçılarla birlikdə Rusiya sülhməramlıları da dayanır
Qarabağda separatçıların təşəbbüsü ilə bir qrup erməni Ağdam yolunda barrikadalar qurub: məqsəd erməni əhalisinin ərzaq təminatının Ağdam marşrutu vasitəsilə təmin edilməsinin qarşısını almaqdır;
Və aydındır ki, reinteqrasiyaya qarşı qurulan barrikadaların arxasında separatçılarla birlikdə Rusiya sülhməramlıları da dayanır. Moskva tərəfindən Qarabağa göndərilən Ruben Vardanyan faktoru bunu təsdiq edir. Barrikada quranlar da Vardanyanın rəhbərlik etdiyi qondarma “artsaxın təhlükəsizlik və ikişafı cəbhəsi” adlı hərəkatın üzvləridir.
Artıq “mülki əhali” kartını işə salıblar. Bu halda Bakının ata biləcəyi addım Laçın yolundakı hazırki rejimi – yüklərin buraxılmaması – davam etdirmək və Ağdam marşrutu təklifini gündəmdə saxlamaqdır. Zamanla separatçıların təsir rıçaqları zəifləyəcək və erməni əhalisi bu marşrut üzrə təminatı qəbul edəcək.
Asif Nerimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru