Rusiya-Afrika sammitinə kimlər qatılacaq?

19-07-2023, 11:16           
Rusiya-Afrika sammitinə kimlər qatılacaq?
Afrika ölkələrinin bu cür yanaşması Qərbin davamlı təzyiqlərinə baxmayaraq, Rusiya Federasiyası ilə münasibətlərin inkişafına qətiyyətli sədaqətin nümayişidir.
Moskva 49 dövlətdən ikinci Rusiya-Afrika sammitində iştirakının təsdiqini alıb. Onların yarıdan çoxu ölkə və hökumət rəhbərləri səviyyəsində təmsil olunacaq.
Bu barədə "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinin Afrika departamentinin direktor müavini Aleksandr Polyakovun "Rossiya seqodnya" media qrupunun dəyirmi masası zamanı verdiyi açıqlamaya istinadən xəbər verib.
Polyakov qeyd edib ki, Afrika ölkələrinin bu cür yanaşması Qərbin davamlı təzyiqlərinə baxmayaraq, Rusiya Federasiyası ilə münasibətlərin inkişafına qətiyyətli sədaqətin nümayişidir.
Hazırda ali səviyyəli görüşə son hazırlıqlar aparılır. Qeyd edək ki, iyulun 27-28-də Sankt-Peterburqda ikinci Rusiya-Afrika sammiti və iqtisadi forumu keçiriləcək.
Sputnik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru