Donald Tramp böyük münsiflərin qarşısına çıxacaq, keçmiş prezidenti həbs gözləyir?

19-07-2023, 15:14           
Donald Tramp böyük münsiflərin qarşısına çıxacaq, keçmiş prezidenti həbs gözləyir?
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Kapitoliya iğtişaşları və 2020-ci il seçkilərinin nəticələrini mübahisələndirmək cəhdlərinin federal təhqiqatı nəticəsində həbs olunacağını gözləyir.

Trend xəbər verir ki, o, bu barədə sosial media hesabındakı paylaşımında qeyd edib.

Keçmiş prezident deyib ki, xüsusi vəkil Cek Smitdən aldığı məktubda onların istintaqının hədəfi olduğuna dair məlumatlandırılıb.

Trampın sözlərinə görə, ondan böyük münsiflər heyətinin qarşısına çıxması istənilib və bu da demək olar ki, həmişə həbs və ittiham deməkdir.

Xüsusi vəkil Trampın açıqlamasına hələ ki heç bir şərh bildirməyib.

Xatırladaq ki, Donald Tramp 2020-ci ilin noyabr ayında keçirilən seçkidə rəqibi Co Baydenin qələbəsinə etiraz edib və seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edib. Trampın çağırışının ardınca tərəfdarları Kapitoliyaya doğru yürüş ediblər. İğtişaşlar azı dörd nəfərin ölümü, onlarla insanın həbsi ilə nəticələnib. ABŞ məhkəmələri dəfələrlə Trampın seçkinin saxtalaşdırıldığına dair iddialarını rədd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.