"Rusiyasız nə Ermənistan, nə də Azərbaycan mövcud olacaq" - SƏRSƏM AÇIQLAMA / VİDEO

21-07-2023, 09:04           
"Rusiyasız nə Ermənistan, nə də Azərbaycan mövcud olacaq" -
“Rusiya aparıcı dünya dövləti mövqeyinə malikdir, əvvəllər onun tərkibində olan ölkələr ondan asılı idi və bundan sonra da belə olacaq”.

Hurriyyet.Az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.

Onun fikrincə, Azərbaycan, Ermənistan və Ukrayna hansısa məqamda qərara gəldilər ki, onların başqa geosiyasi vektora nəzər yetirmək imkanı var. Lakin iqtisadi, siyasi, coğrafi və tarixi baxımdan bu ölkələr üçün Rusiyadan başqa başqa istiqamət yoxdur. Rusiya bu ərazilərdə sakitləşdirmə və nizam-intizam yaratmaq siyasəti aparır”, – deyə Tolstoy bildirib.

O deyib ki, Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olacaq.

“Burada vacib olan budur. Qalan hər şey bu anlayışa əsaslanaraq nəticə verəcək”, – deyə rusiyalı deputat fikrini yekunlaşdırıb.

facebook sharing button Sharetwitter sharing button Tweetemail sharing button Emailwhatsapp sharing button Sharesharethis sharing button Share
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru