ABŞ-da F-16 qırıcılarının Ukraynaya çatdırılma tarixini açıqlayıb

21-07-2023, 11:34           
ABŞ-da F-16 qırıcılarının Ukraynaya çatdırılma tarixini açıqlayıb
Amerikanın F-16 qırıcıları ilin sonunda Ukraynaya tədarük oluna bilər.

Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, bqırıcıların münaqişənin gedişatını dəyişdirmək ehtimalı azdır.

O vurğulayıb ki, hazırda Ukrayna ordusuna aviasiya deyil, daha çox artilleriya lazımdır.

İyunun 22-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukraynanın müttəfiqləri artıq ona döyüş təyyarələri göndərməyə hazırlaşır.

Ümumilikdə Kiyev Pentaqondan 100-dən çox F-16 qırıcısı tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru