Tramp Ukraynanın NATO-ya daxil olması ideyasını dəlilik adlandırıb

21-07-2023, 09:27           
Tramp Ukraynanın NATO-ya daxil olması ideyasını dəlilik adlandırıb
Ukraynanın NATO-ya daxil olması fikri tamamilə ağılsızlıqdır.

APA xəbər verir ki, müvafiq bəyanatla ABŞ-ın keçmiş prezidenti Donald Tramp çıxış edib.

O, korrupsioner və səriştəsiz adlandırdığı ABŞ-ın hazırkı lideri Co Baydeni tənqid etməkdən yan keçmədi.

Tramp Çin və Ukraynanın Bayden ailəsinə nə qədər pul ödədiyinə diqqət yetirməyə çağırıb.

“Belə bir şəraitdə Ukraynanın NATO-ya qoşulma imkanını nəzərdən keçirməyimiz ideyası indi tamamilə dəlilikdir”, - deyə Tramp bildirib.

O, hesab edir ki, Bayden administrasiyasının hərəkətləri dünyanı üçüncü dünya müharibəsinə gətirə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru