Hörmüz boğazında GƏRGİNLİK: ABŞ daha iki hücum gəmisi göndərir

21-07-2023, 10:47           
Hörmüz boğazında GƏRGİNLİK: ABŞ daha iki hücum gəmisi göndərir
"ABŞ Hörmüz boğazında hərbi varlığını iki amfibiya hücum gəmisi ilə gücləndirir.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayın.

ABŞ beynəlxalq gəmiçiliyi İran tərəfindən törədilən təhlükədən qorumaq üçün Hörmüz boğazında iki amfibiya hücum gəmisi yerləşdirəcək. "USS Bataan" və "USS Carter Hall" amfibiya hücum gəmiləri daha əvvəl göndərilən "USS Thomas Hudner" esminesi, F-16 və F-35 qırıcıları ilə birlikdə bölgədə tapşırıqları yerinə yetirəcək.

Pentaqon bu qərarı İranın son zamanlar ticarətin azad axınını təhdid etmək cəhdlərinə cavab adlandırıb.

Bundan əvvəl ABŞ-nin Hörmüz boğazında gəmilərin İranın ələ keçirilməsindən qorunmasına kömək etmək üçün Fars körfəzinə "F-16" qırıcıları göndərdiyi bildirilirdi. Bu tədbir İranın boğazda iki neft tankerini qaçırmağa cəhd etməsindən bir həftə sonra görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru