Ukraynanın mədəniyyət naziri istefa verdi

21-07-2023, 11:48           
Ukraynanın mədəniyyət naziri istefa verdi
Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko istefa ərizəsi yazıb.

Publika.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

Tkaçenko deyib ki, o, münaqişə zamanı mədəniyyətin əhəmiyyəti ilə bağlı anlaşılmazlıq dalğası səbəbindən ayrılmaq qərarına gəlib.

O, həmçinin vurğulayıb ki, prezidentin bu məsələ ilə bağlı açıqlaması onu təəccübləndirib.

“Mədəniyyət uğrunda müharibə zamanı həm şəxsi, həm də dövlət fondları dronlardan heç də az əhəmiyyət kəsb etmir, çünki mədəniyyət bizim şəxsiyyətimizin və sərhədlərimizin qalxanıdır”, - Tkaçenko deyib.

İyulun 20-də Ukrayna prezidenti Volodimir Zelenski baş nazir Denis Şmıqala ölkənin Mədəniyyət Nazirliyinin rəhbəri Aleksandr Tkaçenkonu dəyişdirməyi təklif edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.