“Ermənistan Vardanyanı çoxdan “persona non qrata” elan etməli idi...” - Erməni politoloq

21-07-2023, 19:52           
“Ermənistan Vardanyanı çoxdan “persona non qrata” elan etməli idi...” - Erməni politoloq
Azərbaycan Respublikasının Qarabağ torpağındakı separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” və biznesmen Ruben Vardanyan Kremldən növbəti sərəncam alıb və onu yerinə yetirməyə çalışır.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu “Haykakan Jamanak” qəzetinin müxbiri ilə söhbətində erməni politoloq Arutyun Mkrtçyan deyib.

O, bu fikirlərini Ruben Vardanyanın Qarabağ məsələsində mövqeyinin Ermənistan hakimiyyəti üçün təhlükəli olması ilə izah edib.
“Düşünürəm ki, Ermənistan hakimiyyəti onu çoxdan “persona non qrata” elan etməli və suverenliyə qarşı çıxan hər bir erməni kimi buna görə cəzalandırılmalıdır. Davamlı olaraq suverenliyin əleyhinə bəyanatlar vermək nə deməkdir, onlar son nəticədə kimə xidmət edir? Vətənin təhlükəsizliyi insanların dar siyasi ambisiyalara xidmət etmə üsuluna çevrildikdə, bu, artıq milli təhlükəsizliyə təhdiddir”,- Mkrtçyan belə deyib.

Politoloq dolayı sual verir və qeyd edir: “Necə təsəvvür edə bilərsiniz ki, öz müqəddəratını təyin edən Artsax Ermənistan Respublikasının Konstitusiyasını pozaraq, rəsmi İrəvana ultimatumlar dilində danışacaq?..”

Mkrtçyan Ruben Vardanyana tut arağı istehsal etməyi və Rusiya “sülhməramlı”larını tut arağı ilə qarşılamağı təklif edib. “Mən daha Vardanyan haqqında danışmaq istəmirəm, o, Artsaxda siyasi yumor hədəfidir və bir də odur ki, bu şəxs öz peyk partiyaları vasitəsilə artsax ərazisindən əllərini uzadıb Ermənistan daxilində “nifaqlar” yaratmağa çalışır” -deyə erməni politoloq bildirib.

P.S. Əslində R.Vardanyanı Azərbaycan torpağına Rusiya vətəndaşı kimi gəldiyi ilk günlərdən – hələ 2022-ci ilin sentyabrından öncə rəsmi Bakı “persona non-qrata”- arzuolunmaz şəxs elan edərək Moskvadan onu ərazimizə buraxdığı kimi də geri qaytarmağı tələb etməliydi... Lakin, təəssüf ki, bunu etmədik... Və R. Vardanyan haqda rəsmi səviyyədə yalnız iki ay sonra- noyabrda – artıq o, “dövlət naziri” təyin edildikdən sonra danışdıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.