İlham Əliyevin Xocalı kəndlərinə səfə\rinin pərdəarxası

22-07-2023, 11:14           
İlham Əliyevin Xocalı kəndlərinə səfərinin pərdəarxası
Əliyevin Xocalının Çanaqçı və Sığnaq kəndlərinə səfəri işğaldan azad edilmiş bölgələrə ziyarətindən fərqli idi: hansısa obyektin açılışı olmadı, məlumat qısa xəbər və görüntülərdən ibarət idi; belə demək mümkünsə, dövlət başçısı Xocalıya baş çəkdi;
Bu qısa görünən səfərin səbəblərini Qarabağda baş verən son proseslər fonunda axtarmaq olar:
- Rusiya sülhməramlı kontingentinin əsas qərargahı Xocalı rayonundadır;
- Erməni əhalisinin reinteqrasiyasına qarşı ciddi “müqavimət” göstərən separatçılar Xocalıda sülhməramlıların qərargahı önündə aksiya keçirdilər;
- Bir qrup erməninin iştirakı ilə Bakının əhalinin təminatını həyata keçirmək təklifini bloklamaq məqsədilə Ağdam yolunda barrikadalar qurulub;
Separatçıların çıxardığı oyunların arxasında Rusiyanın dayandığı, sülhməramlıların bu prosesdə kurator rolunu oynadığı şübhəsizdir.
Moskvanın sərgilədiyi mövqe də bunu deməyə əsas verir. Bu kontekstdə Əliyevin sülhməramlıların qərargahının olduğu Xocalıya səfərinin Rusiyaya və separatçılara torpağın gerçək sahibinin kim olduğunu nümayiş etdirmək baxımından mesaj xarakteri daşıydığını deyə bilərik.
Asif Nerimanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.