“RUS GƏMİLƏRİNİ RUSİYA ƏRAZİSİNƏ QOVACAĞIQ” – Ukrayna yeni silahlar əldə edib

22-07-2023, 20:07           
“RUS GƏMİLƏRİNİ RUSİYA ƏRAZİSİNƏ QOVACAĞIQ” – Ukrayna yeni silahlar əldə edib
Məlum olduğu kimi, Rusiya “Taxıl sazişi”ndən çıxdığını elan edəndən sonra Ukraynanın liman şəhərlərini bombalamağa başlayıb. Bu işdə əsas rolu Rusiyanın Qara dəniz hərbi donanması həyata keçirir.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi bundan sonra Qara dənizdəki Rusiya hərbi gəmilərini aktiv şəkildə hədəfə alacaqlarını bəyan edib. Müdafiə nazirinin müavini Vladimir Qavrilov bildirib ki, Ukrayna rus gəmilərini Rusiya ərazisinə qovacaq və bunun üçün müvafiq yeni silahlara malikdir: “Müharibənin əvvəlindən fərqli olaraq, bunun üçün silahlarımız var. Bu silahlarımız imkan verir ki, hələ ötən il dediyimiz ambisiyalarımızı həyata keçirək: bütün Qara dəniz donanmasını Tuapse, Novorosiysk tərəfə qovaq və onun Krıma doğru hərəkət etməsinə imkan verməyək”.

Nazir müavini bildirib ki, Ukraynanın Qara dənizdəki hücum imkanları yalnız “Neptun” raketləri ilə məhdudlaşmır və müharibə uzandıqca, Rusiyanın Qara dəniz donanmasının məhv edilməsi perspektivləri artır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.