BQXK humanitar karvanlarının Ağdamdan Xankəndinə buraxılmasını xahiş etdi...

25-07-2023, 17:03           
BQXK humanitar karvanlarının Ağdamdan Xankəndinə buraxılmasını xahiş etdi...
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan və Ermənistan siyasətçilərini "həftələrdir blokadada olan humanitar karvanlarını mülki əhaliyə yardım etmək üçün buraxmağa çağırır".

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, təşkilatın press-relizində belə deyilir.

“İsrarlı səylərə baxmayaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda Laçın dəhlizi və ya Ağdam da daxil olmaqla hər hansı digər marşrutla mülki əhaliyə humanitar yardım çatdıra bilmir. Təşkilat müvafiq qərar qəbul edənləri BQXK-nın ərazidəki əsas humanitar əməliyyatlarını bərpa etməyə icazə verməyə çağırır”, - deyə məlumatda bildirilir.

Təşkilat əlavə edir ki, BQXK-ya sonuncu dəfə bir neçə həftə əvvəl tibbi ləvazimatlar və əsas tələbat mallarının idxalına icazə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru