Putin Türkiyəyə səfər edə bilər - Köməkçisi açıqladı

26-07-2023, 00:08           
Putin Türkiyəyə səfər edə bilər - Köməkçisi açıqladı
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı planlar var.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təmaslara gəlincə, mən təsdiq edə bilərəm ki, həm Türkiyə, həm də Rusiya tərəfinin prezidentimizin Türkiyəyə səfəri ilə bağlı planları var, lakin biz hələlik konkret tarixlər barədə razılığa gəlməmişik”, – deyə o qeyd edib.

Uşakov vurğulayıb ki, Putinin Çinə səfəri ilə bağlı da planlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru