Danışıqlarda nəticə yoxdursa, gərginlik davam edəcək.

26-07-2023, 09:08           
Danışıqlarda nəticə yoxdursa, gərginlik davam edəcək.
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasındakı növbəti görüş sadəcə, fikir mübadiləsinin davamıdır, ümumi nəticəyə yaxınlaşmamışıq. Bunu nazirlərin görüşlə bağlı verdikləri açıqlamalardan da aydınlaşdırmaq olar.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan danışıqlar prosesinin dinamikasının kifayət qədər yüksək olduğunu deyib: “Nəticələr danışıqlar prosesinin dinamikasından bir qədər aşağıdır, lakin müsbət məqamlar var”.
“İrəvanla Bakı arasında danışıqlar fəal gedir, lakin hələ də bir çox həll olunmamış məsələlər qalır” deyən Ararat Mirzoyan bu cümləsi ilə azərbaycanlı həmkarıyla həmrəy olduğunu bildirib: “Gündəlikdəki bütün məsələlər üzrə görüşlərimiz, danışıqlarımız kifayət qədər intensivdir, bəzi məsələlərdə konkret nəticələr var, bəzi məsələlərdə tərəflərin qarşılıqlı razılığa gələ biləcəyi bəzi perspektivlər görünür. Ancaq əlbəttə ki, tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğu problemli məsələlər qalır”.
Danışıqlarda nəticə yoxdursa, gərginlik davam edəcək.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.