Kennedidən Rusiya ilə bağlı çağırış: Heç kimin vecinə deyil

26-07-2023, 14:40           
Kennedidən Rusiya ilə bağlı çağırış: Heç kimin vecinə deyil
Kiçik Kennedi ABŞ-ı Rusiya ilə dialoqa çağırıb.

Publika.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının prezidentliyə namizədi Robert Kennedi Nyu-Yorkda keçirilən tədbirdə çıxışı zamanı Rusiya ilə yüksək səviyyəli dialoqun qurulmasının zəruri olduğunu bildirib.

Onun sözlərinə görə, Amerika hazırda Rusiya ilə potensial olaraq ekzistensial döyüşdədir.

“Rusiyanın Amerikadan minlərlə çox nüvə silahı var. İndi belə görünür ki, bu məlumat heç kimin vecinə deyil”, - Kennedi bildirib.

O vurğulayıb ki, əvvəllər əmisi və Xruşşov bir-biri ilə yaxşı dostluq münasibətində olublar.

“Bir il ərzində heç kim Rusiya prezidenti Vladimir Putinlə danışmadı. Hazırda bizim Rusiya Federasiyası ilə yüksək səviyyədə əlaqələrimiz yoxdur. Düşünürəm ki, bizə dialoq lazımdır. Amerika Con Kennedinin dediyini etməlidir”, - Kiçik Kennedi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru