“Şoyqu Koreyada nə edir? Bu, müəmmadır” – Qərb mediası

26-07-2023, 12:41           
“Şoyqu Koreyada nə edir? Bu, müəmmadır” – Qərb mediası
Rusiya müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfəri Qərb mediasının böyük marağına səbəb olub.

Sfera.az bildirir ki, analitiklər Şoyqunun sözügedən səfərini “müəmmalı” adlandırıblar. Almaniyalı jurnalist Matyeu fon Ror “Der Spiegel” qəzetindəki məqaləsində bunları qeyd edib:

“Sergey Şoyqunun Şimali Koreyada konkret olaraq nə etdiyi məlum deyil. Çox güman ki, rusiyalı nazir KXDR ilə hərbi əməkdaşlığı intensivləşdirmək istəyir”.

O vurğulayıb ki, 2020-ci ildə koronavirus pandemiyasının başlanmasından bəri bu, Rusiya nümayəndələrinin Şimali Koreyaya ilk səfəridir. Von Ror materialda iki ölkə arasındakı münasibətlərə də diqqət çəkib.

“Rusiya ilə Şimali Koreya arasında tərəfdaşlıq əlaqələri inkişaf edir. Şimali Koreya Rusiyanın yeni bölgələrində keçirilən referendumun nəticələrini tanıyan ölkələrdən biri olub. Bundan əlavə, ölkə BMT Baş Assambleyasının Rusiyanın Ukraynaya qarşı hərəkətlərini pisləyən hər üç qətnamənin əleyhinə səs verib”.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi isə bildirib ki, Şoyqunun səfərinin rəsmi məqsədi təntənəli tədbirlərdə iştirak etməkdir.

“Səfər 1950-1953-cü illər müharibəsində Şimali Koreya xalqının qələbəsinin 70 illiyi ilə bağlı keçiriləcək bayram tədbirləri ilə bağlıdır”, deyə nazirliyin bəyanatında vurğulanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.