İranın Azərbaycandakı sabiq səfiri də ermənipərəst çıxdı - BU DA BU...

26-07-2023, 17:26           
İranın Azərbaycandakı sabiq səfiri də ermənipərəst çıxdı - BU DA BU...
"Azərbaycan və Ermənistan arasında son vaxtlar qarşıdurmalara səbəb olan sərhəd mübahisələri indi Cənubi Qafqaz regionunda əsas problemlərdən birinə çevrilib”.
TEREF.AZ “Azad İran” – a istinadən bildirib ki, İran İslam Respublikasının Azərbaycanda keçmiş səfiri Mohsen Pakayin “Farhikhtegan Daily” saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqlarda konkret nəticə əldə olunmayıb.

“Bu səbəbdən iki ölkə arasında sülhün bərqərar olması istiqamətində səylər göstərilsə də, konkret nəticə əldə olunmayıb. İndi, bu yaxınlarda Bakı-İrəvan sülh danışıqlarının yeni raundunun başladığı bir vaxtda iki ölkə arasında sülh müqaviləsinin bağlanması ilə bağlı pıçıltılar səslənir".

İranın bu sülhü dəstəkləməsi məsələsinə keçmiş səfir belə cavab verib:

“Region ölkələrində sülhün bərqərar olunması İranın marağındadır. Çünki sülh təhlükəsizlik yaradır və təhlükəsizlik adətən iqtisadi əməkdaşlığa zəmin hazırlayır və təbii ki, kapital təhlükəsizlik olan yerə gedir”.

Pakayin həmçinin beynəlxalq sərhədlər məsləsinə də toxunub.

"Əgər sərhədlər dəyişdirilsə, bu, yeni münaqişələr yaradacaq və nəticədə region qeyri-təhlükəsiz qalacaq. Ona görə də biz beynəlxalq sərhədlərin dəyişməsinin əleyhinəyik və hesab edirik ki, məhz beynəlxalq sərhədlərin dəyişmədiyi sülh ədalətli və davamlıdır”,-deyib. //Cebhe.info//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.