Ədliyyə Nazirliyi ADP-yə də “yox” dedi – PARTİYAYA 30 GÜN VAXT VERİLDİ

26-07-2023, 17:35           
Ədliyyə Nazirliyi ADP-yə də “yox” dedi –
Bu gün Ədliyyə Nazirliyi “Siyasi Partiyalar Haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq Azərbaycan Demokrat Partiyasının (ADP) üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayarkən, iddia etdiyi kimi, üzə çıxardığı texniki səhvləri və düzgün olmayan məlumatları əsas götürərək partiyanın qeydiyyatından imtina etməsi ilə bağlı məktubu partiyanın nümayəndəsinə təqdim edib.

Cavab məktubunda 500 nəfərə yaxın şəxsin bu və ya digər səbəblərə görə partiya üzvü olmadığı aşkar edildiyi bildirilib.

Eyni zamanda, bir çox partiya üzvlərinin əlaqə telefonlarının olmaması və ya əlaqə telefonlarının işləməməsi qeyd edilib.

Məktubda “Siyasi Partiyalar Haqqında “Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən, reyestrdə aşkar edilmiş çatışmazlıqların 30 gün müddətində aradan qaldırılmasının zəruriliyi bildirilib.

Partiya nümayəndəsinin şifahi sorğusuna əsasən, Ədliyyə Nazirliyi 2 gün ərzində reyestrdə aşkar edilmiş çatışmazlıqlar barədə detallı məlumat verməlidir. Bundan sonra ADP həmin çatışmazlıqları aradan qaldıraraq 30 gün ərzində təkrar olaraq Ədliyyə Nazirliyinə təqdim edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.