“Aİ-də Quranın yandırılması təhqiramiz təxribatdır” - Borrell

27-07-2023, 08:54           
“Aİ-də Quranın yandırılması təhqiramiz təxribatdır” - Borrell
Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell Avropada Quranın yandırılması hallarının təhqir, hörmətsizlik və aşkar təxribat olduğunu açıqlayıb, bunun Avropada qanuni, etik olmasa da, qanuni olduğunu qeyd edib.

Bu barədə onun Aİ-nin xarici siyasət xidməti tərəfindən yayılmış bəyanatında deyilir.

“Avropada ayrı-ayrı şəxslərin çox sayda müsəlmanı təhqir edən son hərəkətlərindən sonra Aİ dini nifrət və dözümsüzlüyə təhrikin istənilən formasını qətiyyətlə rədd etdiyini bildirir. Müxtəlifliyə hörmət Aİ-nin əsas dəyərlərindən biridir. Buraya digər dini icmalara hörmət də daxildir. Qurana və ya müqəddəs sayılan hər hansı digər kitaba hörmətsizlik etmək təhqiramiz addım, hörmətsizlik və açıq-aşkar təxribatdır. Aİ-də irqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün ifadəsinə yer yoxdur. Biz din və inanc azadlığını, həmçinin xaricdə və daxildə ifadə azadlığını müdafiə etməyə davam edirik, qanuni olan hər şey etik deyil”, - o söyləyib.

J.Borrell hamını birliyə və qarşılıqlı hörmətə çağırıb və ayrı-ayrı təxribatçıların əməllərinin yalnız cəmiyyətimizi parçalamaq istəyənlərə xidmət etdiyini vurğulayıb.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru