Qarabağda baş verən proseslərdə həlledici məqam Bakının müqaviməti olub

28-07-2023, 10:34           
Müharibədən sonra Qarabağda baş verən proseslərdə həlledici məqam Bakının müqaviməti olub:
- Laçın-Xankəndi yolunda aksiya başlayanda beynəlxalq səviyyədə təzyiq dalğası başlandı, lakin rəsmi Bakı bu təzyiq dalğası qarşısında geri çəkilmədiyi üçün nəticə əldə edildi;
- Laçın postu qurulanda eyni dalğa artan templə davam etdi, yenə Bakının geri addım atmaması nəticəni müəyyənləşdirdi;
- Ermənistanın sərhəddə sərgilədiyi “humanitar yardım” şousu fonunda bu dalğanın yenidən artmağa başlandığı müşahidə edilir: burada da Bakının müqavilməti hadisələrin inkişafına yön verəcək;
Müşahidələr belə təzyiq dalğasının bir neçə gün, maksimum bir həftə davam etdiyini göstərir, nəticə əldə edə bilməyəndə tədricən azalır və gündəm dəyişir.
Azərbaycan geri çəkilmədiyi – yükləri postdan buraxmadığı təqdirdə, təzyiq dalğası zəifləyəcək və Ağdam marşrutu yeganə variant kimi ön plana çıxacaq.
Asif Nerimanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru