Priqojin Nigerdəki çevrilişə dəstək verdi

29-07-2023, 09:24           
Priqojin Nigerdəki çevrilişə dəstək verdi
“Vaqner”in rəhbəri Yevgeni Priqojin Nigerdə baş verən hərbi çevrilişi dəstəkləyib.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Nigerdə nizam-intizam yaratmaq üçün qiyamçılara “Vaqner”in xidmətlərini təklif edib.

Priqojin qiyamı Qərb müstəmləkəçiliyindən xilas kimi qələmə verib.

“Nigerdə ​​baş verənlər Niger xalqının öz müstəmləkəçiləri ilə mübarizəsindən başqa bir şey deyil”, – deyə muzdluların lideri bildirib.

Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru