Taqanroqa zərbə: Rusiya qisas almaqla hədələdi

29-07-2023, 00:21           
Taqanroqa zərbə: Rusiya qisas almaqla hədələdi
Rusiya sərt cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Taqanroqun zenit raketindən atəşə tutulması və Moskva vilayətinə PUA hücumu ilə bağlı şərhində deyib.

“İyulun 28-də Kiyev rejimi S-200 hava hücumundan müdafiə sisteminin zərbə versiyasına çevrilmiş zenit raketi ilə Taqanroq şəhərinin yaşayış infrastrukturunu atəşə tutaraq növbəti terror aktı həyata keçirdi. Rusiya hava hücumundan müdafiə sistemləri şəhərin ərazisinə düşən raketi vaxtında aşkar edib qarşısını ala bilib. Bir neçə binaya ziyan dəyib. İlkin məlumatlara görə, bir neçə nəfər sınmış pəncərələrin şüşə qırıqları nəticəsində xəsarət alıb.

Həmçinin, bu gün Moskva vilayəti ərazisində hava hücumundan müdafiə vasitəsi ilə pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi ərazidə terror aktına cəhd edilib. Tələfat və dağıntı yoxdur.

Biz Kiyev rejiminin dinc əhaliyə və dinc infrastruktura qarşı yönəlmiş son həyasız terror aktlarını qətiyyətlə pisləyirik. Onların heç bir hərbi mənası yox idi.

Biz beynəlxalq ictimaiyyəti və təşkilatları Ukrayna hakimiyyətinin terror üsullarından istifadəsini pisləməyə çağırırıq”, - Zaxarova qeyd edib.

Xatırladaq ki, Toqonroqa endirilən zərbə nəticəsində 14 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.