Taqanroqa endirilən zərbəyə ABŞ-dan reaksiya

29-07-2023, 08:08           
Taqanroqa endirilən zərbəyə ABŞ-dan reaksiya
Birləşmiş Ştatlar Rusiya ərazisinə zərbələr endirməyi təşviq etmir və onlara töhfə vermir.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kirbi Ukrayna ordusunun Taqanroqa zərbə endirməsi haqda qeyd edib.

“Biz çox açıq şəkildə bildirdik ki, Rusiyaya hücumları təşviq etmirik və ya onlara kömək etmirik”, - o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna ordusu S-200-ün zərbə versiyasından Rusiyanın Taqanroq şəhərinə zərbə endirib. Nəticədə 16 nəfər yaralanıb.

Ukraynanın S-200-dən atdığı ikinci raket isə Azov şəhəri yaxınlığında zərərsizləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru