İranda qalmaqal: İnsanlar ABŞ və İsrail bayraqlarının yandırılmasına qarşı çıxdı (VİDEO)

29-07-2023, 12:15           
İranda qalmaqal: İnsanlar ABŞ və İsrail bayraqlarının yandırılmasına qarşı çıxdı (VİDEO)
İranın Zəncan vilayətində Aşura mərasimi zamanı maraqlı anlar yaşanıb.

Mərasimdə ABŞ və İsrail bayraqlarının yandırılması nəzərdə tutulub. Hər iki ölkənin bayrağı mərasim keçirilən meydana gətirilib və yerə sərilib.

Lakin mərasim iştirakçıları buna etiraz ediblər. Onlar bayraqları yandırmayacaqlarını bildiriblər. Bundan sonra bayraqlar yerdən götürülüb.

İranlı fəallar deyir ki, bayraqların yandırılması ideyası Zəncanın yerli rəhbərliyinə məxsus olub.

"Azadlıq” radiosunun İran bölümü baş verənləri əks etdirən görüntülər yayıb.

Məlumat üçün deyək ki, İranda ən müxtəlif tədbirlərdə ABŞ və İsrailin bayraqlarının yandırılması ənənəyə çevrilib.

İranlı fəallar deyir ki, artıq insanlar bu lazımsız ənənəyə etiraz etməyə başlayıblar. Oxşar hadisənin ölkənin digər bölgələrində də baş verdiyi deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.