"Rusiya ilə əlaqələri davam etdirəcəyik..." - ABŞ rəsmisi

29-07-2023, 14:18           
"Rusiya ilə əlaqələri davam etdirəcəyik..." - ABŞ rəsmisi
ABŞ Suriya hava məkanında əməliyyatları müzakirə etmək üçün Rusiya ilə əlaqə saxlamağa davam edir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Brisbendə ABŞ dövlət katibi Entoni Blinken və Avstraliyanın müdafiə və xarici işlər nazirləri Riçard Marles və Penni Vonqun iştirak etdiyi “iki üstəgəl iki” (AUSMIN) formatında danışıqların yekunları üzrə çıxışı zamanı deyib.

"Biz narahatlığımızı bildirmək üçün müəyyən edilmiş kanallarla Rusiyanın müvafiq olaraq yüksək səviyyəli rəhbərliyilə əlaqəni davam edəcəyik. Bir daha təkrar edirik ki, hava məkanında həmişəki kimi fəaliyyətdə olacaq və maraqlarımızı qoruyacağıq" - Lloyd Ostin bildirib.

O, Rusiya qırıcılarının Suriyada İŞİD qruplaşmasına qarşı əməliyyatlar aparan ABŞ-ın MQ-9 Reaper pilotsuz uçuş aparatlarının yaxınlığında təhlükəli manevrlər etməsi ilə bağlı xəbərləri şərh edib.

Mətbuat konfransı Pentaqonun saytında yayımlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.